#İdman

Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib – Böyük Dəbilqə

Azərbaycan cüdoçularının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Böyük Dəbilqə” turnirində rəqibləri müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu (12 kişi, 4 qadın) ilə təmsil olunacaq.

Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) mübarizə aparacaq.

Sentyabrın 11-dən 13-dək keçiriləcək “Böyük Dəbilqə”də təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da start götürəcək.

Qadınlar

48 kq, 1/16 final

Könül Əliyeva – Mariya Sequnda (Anqola)

52 kq, 1/16 final

Aydan Vəliyeva – Andrea Stoyadinov (Serbiya)

70 kq, 1/16 final

Südabə Ağayeva – Tais Pina (Portuqaliya)

+78 kq, 1/16 final

Madina Kaisinova – Qabriyel Buvye (Belçika)

Kişilər

60 kq, 1/32 final

Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan)

60 kq, 1/16 final

Murad Muradlı – Vahe Ağasyan (Ermənistan)

66 kq, 1/16 final

Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT)

Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə

73 kq, 1/32 final

Kamran Süleymanov – Natan Kadinyan (Fransa)

Rəşid Məmmədəliyev – Orlando Kazorla (Fransa)

81 kq, 1/32 final

Hidayət Heydərov – Benedek Tot (Macarıstan)

Vüsal Qələndərzadə – Odisseas Georqakis (Kipr)

90 kq, 1/16 final

Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə

100 kq, 1/16 final

Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə

+100 kq, 1/16 final

Camal Qamzatxanov – İqor Vraçar (Serbiya)

Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya)

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir