#Ölkə

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib.

Xəbər Experti Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur.

Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 8,8 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,6 min ton əhəng istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 47 % azdır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir