ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rotna Butun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə ANAMA-dan məlumat verilib.
Görüş zamanı ANAMA və ARMAC arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti və mina fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə həmçinin humanitar minatəmizləmə sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha əvvəl ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov ilə NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınması bölməsinin rəhbəri Eirini Lemos-Maniatinin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü də baş tutub.










