Alyaska sahillərində güclü zəlzələ
Bu gün yerli vaxtla 14.19-da (Bakı vaxtı ilə 18.19) Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Nikolski yaşayış məntəqəsindən 167 km qərbdə, 83 km dərinlikdə yerləşib.
Dağıntılar və insan tələfatı barədə məlumat verilmir.










