Almaniya Azərbaycandan 450 min tona yaxın neft tədarük edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Almaniyaya 449 min 549,89 ton xam neft ixrac edib.
Xəbər Experti Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 262 milyon 272,61 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 8 ayı ilə müqayisədə 46,6 %, dəyəri isə 41,1 % azdır.
Almaniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 3,06 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 9 milyard 281 milyon 893,55 min ABŞ dolları olan 14 milyon 677 min 951,6 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb.










