#Dünya

Aİ Sudandan qızıl idxalına tam qadağa tətbiq edib

Avropa İttifaqı Sudandan qızıl tədarükünə və qızıl yataqlarının işlənməsində istifadə olunan civə və sianidin bu ölkəyə ixracına tam qadağa qoyub.

Xəbər Experti xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib

“Aİ Şurası Sudanda hasil olunan qızılın satın alınmasına, idxalına və ya ötürülməsinə qadağa tətbiq edib. Həmçinin, qızıl hasilatında geniş istifadə olunan civə və sianidin Sudana satılmasını, tədarükünü, ixracını və ya ötürülməsini də qadağan edib”, – məlumatda deyilir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir