#Ölkə

Abşeron Milli Parkında astro kamp təşkil edilib

Abşeron Milli Parkında Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Gününə həsr olunmuş “Təmiz hava – ulduzlu səma” adlı astro kamp təşkil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, tədbirdə iştirakçılar dəniz sahilində təmiz havadan zövq alıb, teleskop vasitəsilə ulduzları seyr edib, Abşeron Milli Parkının gecə mənzərəsini müşahidə ediblər.

Tədbirin keçirilməsində məqsəd atmosferə atılan tullantıların azaldılmasının əhəmiyyətinə diqqət çəkmək, təmiz hava naminə həmrəyliyi təşviq etmək, sağlam və dayanıqlı təbii mühitin qorunmasını təbliğ etmək, həmçinin bu istiqamətdə xüsusi mühafizə olunan təbiət ərazilərinin rolunu göstərməkdir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir