#Dünya

ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəlib – KİV

“ABŞ və İran atəşkəs rejiminin uzadılması barədə razılığa gəliblər”. 

Xəbər Experti xəbər verir ki, bu barədə “Anadolu” agentliyi münaqişənin nizamlanmasında vasitəçilik edən Pakistan hakimiyyəti ilə əlaqəli mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, hər iki tərəf atəşkəsin son tarixinin uzadılması ilə bağlı razılığını vasitəçilərə çatdırıb. Bununla belə, yeni mərhələnin müddəti hələ müəyyən edilməyib. ABŞ və İran hazırda uzadılacaq müddətin necə olacağı ilə bağlı vasitəçilərin iştirakı ilə mesaj mübadiləsi aparırlar.

Xatırladaq ki, ABŞ və İran Pakistanın vasitəçiliyi ilə 17 iyunda qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Memorandum 60 günlük müvəqqəti atəşkəsə və münaqişənin diplomatik yolla həlli üçün imkan yaradılmasına hesablanmışdı.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir