ABŞ-nin dövlət borcu 40 trilyon dolları keçdi
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları keçib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə nazirliyinin dünən verdiyi hesabatda əks olunub.
Dünənə olan rəqəm 40 trilyon 47 milyard dollardır. Üstəlik, bu, 10 il əvvəlki borcdan 2 dəfə çoxdur.
Xatırladaq ki, iyulun əvvəllərində ABŞ-nin dövlət borcu 39,389 trilyon, avqustun ortalarında isə 39,913 trilyon dollar idi. Bu minvalla ayyarımlıq müddətdə borcun 524,22 milyard dollar artdığını müşahidə etmək olur.










