#Dünya

“ABŞ İranla danışıqlara hazırdır” – Rubio

“ABŞ BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran nümayəndə heyəti ilə danışıqlara hazırdır, lakin hələlik belə bir görüş planlaşdırılmayıb”. 

Xəbər Experti xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio NBC News telekanalına deyib. 

“ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, istənilən şəxslə görüşməyə hazırdır. Tramp adətən istənilən şəxslə görüşməyə hazır olan prezidentdir, çünki problemlərin həlli üçün insanlarla ünsiyyət qurmağın vacib olduğunu düşünür. Bu, sonda həmin şəxslərlə razılaşacağınız anlamına gəlmir, amma bu, vacibdir”. 

Rubio deyib ki, ABŞ tərəfi belə görüşlərə açıqdır:

“Düşünmürəm ki, hazırda hər hansı görüş planlaşdırılıb, amma əlbəttə ki, belə bir görüşə açığıq. Xüsusilə də əgər bu, müsbət nəticəyə və sonda bütün bunların həyata keçirilməsinin məqsədi olan hədəfə nail olunmasına gətirib çıxara bilərsə. İran heç vaxt nüvə silahına malik olmamalıdır”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir