ABŞ ilk dəfə Laayunda konsulluq xidmətləri göstərəcək
ABŞ noyabr ayında ilk dəfə olaraq Mərakeşin cənub əyalətlərindən biri olan Laayun şəhərində konsulluq xidmətləri göstərəcək.
Xəbər Experti bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, bu addım Vaşinqtonun dörd şəhəri əhatə edən səyyar xidmət proqramı çərçivəsində regiondakı inzibati fəaliyyətinin genişləndirilməsinin tərkib hissəsidir.
ABŞ-ın Kasablankadakı Baş Konsulluğunun məlumatına görə, Amerika Vətəndaşlarına Xidmət Bölməsi pasport və notariat xidmətlərini oktyabrda Mərakeşdə, noyabrda Laayun və Uarzazat şəhərlərində, dekabrda isə Ucda şəhərində təqdim edəcək.
ABŞ vətəndaşları görüş təyin etmək üçün elektron poçt vasitəsilə müraciət etməli, adlarını, onlarla gələcək şəxslər barədə məlumatı və tələb olunan xidmətləri qeyd etməlidirlər. Konsulluq görüşün vaxtı və keçiriləcəyi məkan barədə hər bir müraciətçiyə ayrıca məlumat verəcək.
Xatırladaq ki, ABŞ-ın Mərakeşdəki səfiri Dyuk Byuken iyul ayında Laayuna səfər edərək yaşıl hidrogen və ammonyak layihəsinə Amerikanın dəstəyini açıqlayıb, həmçinin Vaşinqtonun Mərakeşin suverenliyinə dair mövqeyini bir daha təsdiqləyib.









