ABŞ-də atışma, 3 nəfər həyatını itirdi
Vaşinqton ştatında yaşayış evlərinin birində silahlı insident baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər veriri ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar.
Hadisə ilə bağlı dairə şerifi Skopan Con Nouels jurnalistlərə açıqlama verib. Şerifin sözlərinə görə, onlara sakinlərdən birinin qardaşı tərəfindən güllələnməsi barədə məlumat daxil olub. Qısa araşdırmadan sonra həmin şəxsin axtarışda olan təhlükəli cinayətkar olduğu bilinib.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarını əməkdaşları cinyətkar tərəfindən atəşə məruz qalıblar. Cavab atəşi ilə o, zərərsizləşdirilib. Evə daxil olarkən polislər daha 2 nəfərin meyitini aşkarlayıblar. Faktla bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, atışma zamanı bir neçə nəfər polis əməkdaşı da yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Qardaşı tərəfindən güllələnən qadının isə ölmədiyi, amma ağır vəziyyətdə olduğu da bildirilir.










