#Dünya

ABŞ-də inanılmaz satış – dinozavr skeleti 47,3 milyon dollara satılıb

ABŞ-nin Montana ştatında tapılan və yeni bir növə aid olduğu müəyyən edilmiş 3 metr uzunluğundakı dinozavr skeleti Nyu-Yorkdakı “Sotheby’s” hərracında satışa çıxarılıb.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, “Jodi” adlı dinozavr skeleti 191 fosil sümüyü yığılaraq yaradılıb.

6 milyon dollara hərraca çıxarılan skelet gözləntiləri aşıb. Belə ki, 67 milyon yaşında olduğu təxmin edilən “Jodi” hərracda 47,3 milyon dollara satılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir