#Dünya

Hindistanda daşqınlarda 81 nəfər ölüb

Üç gündür Hindistanın Uttar Pradeş əyalətini təsir edən güclü yağışlar daşqınlara səbəb olub. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində 81 nəfər həyatını itirib, 46 nəfər isə yaralanıb.

Hakimiyyət orqanları vətəndaşları daşqından zərər çəkən ərazilərdə lazımsız səyahətlərdən çəkinməyə çağırıb.

Ştatda 2000-dən çox evin zədələndiyi və bəzi məktəblərin bu gündən etibarən dərsləri dayandırdığı açıqlanıb.

Güclü yağışlar şərqi Odişa ştatında da daşqınlara səbəb olub və 75 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir