Berlin NATO-da müdafiə xərclərinin artırılmasında lider olmaq istəyir
“Almaniya müdafiə xərclərini artırmaqda NATO müttəfiqləri arasında lider olmağa çalışır”.
Xəbər Experti xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.
“Deyərdim ki, bütün müttəfiqlər bu məqsədə [müdafiə xərclərini artırmaq] bu və ya digər şəkildə nail olurlar. Bəziləri daha yavaş, digərləri isə daha sürətlidir”, – o, Berlində NATO-nun baş katibi Mark Ruttenin iştirak etdiyi tədbirdə deyib.
Əlavə edib ki, Almaniya bu işdə aparıcı rol oynamaq və başqaları üçün nümunə olmaq istəyir.










