Konqoda eboladan ölənlərin sayı 3095-ə yüksəlib
Konqo Demokratik Respublikasında (KDR) 15 mayda elan edilən ebola epidemiyası davam edir.
Xəbər Experti xəbər verir ki, KDR Səhiyyə Nazirliyinin paylaşdığı son məlumatlara görə, 6 əyalətdə 60 bölgəni əhatə edən epidemiyada təsdiqlənmiş halların sayı 6436-ya çatıb.
Ölüm sayı 3095-ə, ölüm nisbəti isə 48,1 faizə yüksəlib.
İturi əyaləti epidemiyanın əsas mərkəzi olaraq qalır, Cənubi Kivuda isə 95 gündür təsdiqlənmiş yeni hal qeydə alınmayıb.










