Vens İranda toy mərasiminə endirilən zərbələr barədə
“ABŞ hərbi əməliyyatlar zamanı heç vaxt mülki əhalini hədəf seçmir”.
Xəbər Experti xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens brifinqdə bildirib.
“Biz bunu heç vaxt etməmişik və heç vaxt da etməyəcəyik. Təəssüf ki, bəzən müxtəlif insidentlər baş verir”, – Vens deyib.
Onun sözlərinə görə, İranda toy mərasiminə endirilən zərbə ilə bağlı məlumatlar araşdırılır.
Qeyd edək ki, İran ABŞ-ın Sirikdə toy mərasiminə hücumu etdiyi, nəticədə 5 nəfərin öldüyü barədə məlumat yayıb.








