İspaniyada festival zamanı partlayış, 50 yaralı
Noem şəhərində festival zamanı fişənglərin partlaması nəticəsində 50 nəfər yaralanıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən şəhərin qurucusu San-Migelin şərəfinə təşkil olunan bayram tədbiri zamanı baş verib.
Atəşfəşanlıq üçün nəzərdə tutulmuş fişənglərdən biri tikililərin birinin eyvanından açılan zaman qığılcımlar digər fişənglərinn üzərinə düşüb.
Nəticədə partlayış olub və fişənglər tamaşaçıların üzərinə tökülüb.
3 kişi ağır yanıq xəsarətləri alıb. 47 nəfərə isə Noen xəstəxanasında tibbi yardım göstərilib.
Qeyd edək ki, ənənəvi San-Migel festivalı avqustun sonlarında keçirilir və 5 gün davam edir. Partlayışa səbəb kimi isə texniki nasazlıq göstərilir.









