Ər-Riyadda fabrikdə yanğın – 16 ölü
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda mebel istehsalı fabrikində yanğın olub.
Xəbər Experti xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb. Bildirilib ki, yanğında 16 banqladeşli həyatını itirib.
Məlumata görə, artıq Banqladeş tərəfi ölən vətəndaşlarının cəsədlərinin vətənə qaytarılması üçün çalışmalara başlayıb.










