Çinin peyk daşıyan raketi havada partladı
Peyk daşımaq üçün buraxılan Çinin “Long March 7A” raketi havada partlayıb.
Xəbər Experti “Xinhua” agentliyinə istinadən xəbər verir ki, raket buraxılışdan təxminən 1,5 dəqiqə sonra partlayıb və hissələrə parçalanıb.
Qeyd edək ki, dünyanın hər yerində istifadəçilərə radio, televiziya və digər rabitə xidmətləri göstərməsi planlaşdırılan “Zhongxing-4B” peykini daşıyan raket Çinin Haynan adasındakı məntəqədən buraxılıb.
Hazırda hadisənin səbəbi araşdırılır.










