HƏMAS-ın yeni lideri seçilib
Fələstinin HƏMAS qruplaşması Xəlil əl- Həyyanı hərəkatın yeni lideri seçib.
Xəbər Experti xəbər verir ki, bu barədə onun rəsmi Telegram kanalında dərc olunmuş bəyanatda bildirilib.
“HƏMAS hərəkatının rəhbərliyinə Xəlil əl-Həyyanın seçildiyini elan edirik”, – aaçıqlamada deyilir.
İyulun 18-də Al Hadath mənbələrə istinadən HƏMAS-ın yeni rəhbər seçmək üçün səsvermə keçirdiyini bildirib.
HƏMAS-ın rəhbərlik vəzifəsi 2024-cü ilin oktyabr ayında Yəhya Sinvarın İsrailin hava hücumu nəticəsində öldürülməsindən bəri boş qalmışdı.










