3 aydan sonra okeanda sağ tapıldılar
İyulda Sakit okeanda yerləşən Mikroneziya Murilo və Ruo adaları arasında qayıqda üzərkən fırtınaya düşən 5 nəfər 3 aydan sonra sağ-salamat tapılıblar.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, iki uşaq da daxil olmaqla beş nəfər kəndlilər tərəfindən xilas edilib.
Onlar ada dövləti olan Kiribati yaxınlığında tapılıblar.
Fırtınaya düşərkən altı metrlik qayıqda doqquz nəfər olub. Digər dörd nəfər isə hələ də itkindir və axtarışları davam etdirilir.










