#Futbol

“Qarabağ”ın U-19 komandası “Dinamo”ya məğlub oldu

Bu gün “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçına çıxıb.

Xəbər Experti xəbər verir ki, Rəşad Sadiqovun komandası Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağı olub. Matç Xorvatiya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qolları Benkotiç (24), Trupçeviç (34), Bojkov (38, 45+3), Ban (45+1), Teymurov (54, avtoqol) və Radiç (76) vurublar. Bununla da Ağdam təmsilçisi turnirlə vidalaşıb.

Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada da “Qarabağ” rəqibinə uduzub – 1:2. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir