Pakistanda silahlı şəxslər polisləri hədəfə aldı – 2 zabit həlak oldu
Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində silahlı şəxslər polisləri hədəfə alıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, insident Mohmand bölgəsində baş verib.
Silahlı hücum nəticəsində iki zabit həlak olub, bir nəfər isə yaralanıb.
Rəsmilər hücumun motosikletli şübhəlilər tərəfindən törədildiyini və hələlik heç bir qruplaşmanın məsuliyyəti öz üzərinə götürmədiyini bildiriblər.










