#Ölkə

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

İqtisadiyyat naziri Mikayıl Cabbarov “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşüb.

Xəbər Experti xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib.

“CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşdük. Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Azərbaycan – Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq barədə fikir mübadiləsi apardıq.

Birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində “CSCEC International” şirkətinin təcrübəsindən yararlanmaq imkanlarını da nəzərdən keçirdik,”- paylaşımda qeyd olunub.

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Rusiyada “ayı terroru”

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir