#Dünya

İspaniyada qatarların toqquşması nəticəsində 50 nəfər həlak olub

İspaniyanın Toledo vilayətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Xəbər Experti xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Qeyd olunub ki, daha 179 nəfər xəsarət alıb. Hadisə yerli vaxtla səhər saat 09:00 radələrində baş verib. Məlumata görə, qatarlardan birinin iki vaqonu relsdən çıxıb.

Qeyd edək ki, daha əvvəl 46 nəfərin öldüyü bildirilirdi.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir