#Dünya

Suriyada sursat anbarında partlayış

Suriyanın İdlib əyalətinin Saraqib şəhərində yerləşən sursat anbarında partlayış olub. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın baş verib.

Hadisə yerinə çoxsaylı mülki müdafiə qrupları göndərilib və yanğın qruplar tərəfindən nəzarət altına alınıb.

Suriya mediası partlayışda ölən və ya yaralanan olmadığını yazıb.

Partlayışla bağlı araşdırma başlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir