Meksikada qasırğa 6 nəfərin həyatına son qoyub
Meksikanın Nayarit və Sinaloa ştatlarında güclü yağışlara səbəb olan Simon qasırğası ciddi fəsadlar törədib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa və fırtınadan sonra daşqın və torpaq sürüşmələri baş verib. Nəticədə altı nəfər ölüb, beş nəfər itkin düşüb.
Ensenadadakı El Pipila çayı yaxınlığında axtarış-xilasetmə əməliyyatlarında təxminən 300 hərbçi iştirak edir.
Bölgədəki daşqınlar səbəbindən nəqliyyat vasitələri və evlər də ziyan görüb.










