Zelenski tərəfdaşlarından kəşfiyyat məlumatları almadığını təsdiqləyib
“Ukrayna ötən gecə baş verən partlayışlardan əvvəl tərəfdaşlarından kəşfiyyat məlumatları almayıb”.
Xəbər Experti xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
“Bu hücumla bağlı təəssüf ki, tərəfdaşlarımızdan xəbərdarlıq almadıq. Rusiyanın ballistik raketlərinin buraxılması barədə kəşfiyyat məlumatları insanların həyatını xilas etməyə kömək edir”, – o deyib.
Əlavə edib ki, ballistik raketlərin buraxılması barədə məlumatlar təhlükə ilə bağlı xəbərdarlıq sisteminin ən mühüm elementlərindən biridir və əhalinin əvvəlcədən xəbərdar edilməsinə imkan verir.
Bazar ertəsi axşam saatlarında Ukrayna mediası Kiyevdə partlayışların hava hücumu xəbərdarlığı elan edilməzdən əvvəl baş verdiyini bildirib.
Xatırladaq ki, Ukrayna mənbələri ABŞ-nin Kiyevə ötürdüyü kəşfiyyat məlumatlarının bir hissəsini dayandırmış ola biləcəyi barədə ehtimal irəli sürülüb. Qeyd edilib ki, Kiyev Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmadığı təqdirdə Vaşinqton Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdıra bilər.










