“İsrail Flydubai reysi üzrə insident barədə xəbərdarlıq almayıb” – Netanyahu
“İsrail Təl-Əvivə uçan Flydubai təyyarəsində baş verən insdent təhlükəsi ilə bağlı heç bir kəşfiyyat məlumatı və ya xəbərdarlıq almayıb”.
Xəbər Experti xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu CNN-ə müsahibədə bildirib.
“Hizbullah və HƏMAS-ın İsrailə və xaricdəki vətəndaşlarımıza hücumlar planlaşdırdığı barədə çoxlu məlumatlar daxil olur. Amma bu hadisə ilə bağlı hər hansı konkret xəbərdarlıq aldığımızı deyə bilmərəm”, – Baş nazir söyləyib.
Əlavə edib ki, İsrail hücum edən pilotun dindirilməsində iştirak etmək niyyətindədir.










