#Elm və Təhsil

136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb

Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub.

Qeyd edək ki, ilkin məlumata əsaən, məktəb binasının içərisinə pəncərədən daş atılıb.

Əməli törədən şəxslər saxlanılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir