Xocavənddə iki kəndin giriş yolları tikilir
Qarabağda rayonları birləşdirən iri yol layihələri ilə yanaşı, kənd yollarının da yenidən qurulması davam edir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, Xocavənd rayonunda Quzeyxırman və Sos kəndlərinin giriş yolları tikilir.
Yeni yollar kəndlərin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və rahat gediş-gəlişin təmin olunmasına xidmət edir








