#Elm və Təhsil

UNEC də istedadlı tələbələrin yaradıcılıq fəaliyyətini təşviq etmək məqsədilə müxtəlif layihələr həyata keçirilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inklüziv təhsil mühitinin inkişaf etdirilməsi ilə yanaşı, əlilliyi olan tələbələrin yalnız təhsil imkanlarının deyil, həm də yaradıcılıq və ictimai fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir.

Bu barədə UNEC-dən məlumat verilib. Qeyd olunub ki, universitetdə istedadlı tələbələrin yaradıcılıq fəaliyyətini təşviq etmək məqsədilə müxtəlif layihələr həyata keçirilir. Bir sıra tələbələrin müəllifi olduğu şeir kitablarının və detektiv romanların nəşrinə, eləcə də onların təqdimat mərasimlərinin təşkilinə dəstək göstərilir. Bununla yanaşı, tələbələrin rəssamlıq sahəsindəki fəaliyyətinin təşviqi məqsədilə fərdi və kollektiv rəsm sərgiləri təşkil olunur. Belə tədbirlər onların yaradıcılıq imkanlarının daha geniş auditoriyaya təqdim edilməsinə şərait yaradır.

UNEC-də tələbə təşkilatlarının fəaliyyətinə əlilliyi olan tələbələrin cəlb olunması da inklüziv təhsil mühitinin formalaşdırılmasına, onların sosial inteqrasiyasına, özünəinamının artmasına və ictimai fəaliyyətlərdə daha fəal iştirakına imkan verir. Bu tələbələr müxtəlif layihələrdə, tədbirlərdə, debatlarda və könüllü fəaliyyətlərdə iştirak edərək liderlik və əməkdaşlıq bacarıqlarını da inkişaf etdirirlər.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir