Ukrayna İranın Xəzərdəki gəmisini vurub
Ukrayna Ordu Hissələrinin Xəzər dənizində İranın yük gəmisinə etdiyi hücum nəticəsində 1 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.
Xəbər Experti məlumatına görə, bu haqda məlumatı İranın Xarici İşlər Nazirliyi rəsmi bəyanatında açıqlayıb.
Qurumdan bildirilib ki: “Tehran rəhbərliyi Ukrayna tərəfinin gəmiyə təşkil etdiyi bu zərbəni kəskin şəkildə pisləyir. Ölkənin təhlükəsizliyini və dövlət maraqlarını müdafiə etmək məqsədilə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq adekvat addımlar atmaq hüququmuz saxlanılır.”










