#Dünya

Türkiyədə sərnişin avtobusu aşdı – 31 yaralı

Kütahya-Afyonkarahisar yolunun 36 km-də sərnişin avtobusu qəzaya uğyayıb.

Xəbər Experti Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

İstanbuldan Kuşadasına gedən avtobus sürücünün idarəetməsində çıxaraq beton baryerlərə çırpılıb və aşıb. 31 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, qəza üzündən bir müddət Afyonkarahisar istiqamətində nəqliyyatın hərəkətini məhdudlaşıb. Aşmış avtobus yoldan götürüldükdən sonra hərəkət bərpa olunub.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir