#Dünya

Trampdan Netanyahuya dəstək – İsrail xalqına səsləndi

ABŞ prezidenti Donald Tramp İsraildə keçiriləcək seçkilərdən əvvəl növbəti dəfə Baş nazir Benyamin Netanyahuya dəstəyini ifadə edib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri sabah seçki məntəqələrinə gedəcək İsrail vətəndaşlarına müraciət ünvanlayıb.

Benyamin Netanyahunun yaxşı Baş nazir olduğunu vurğulayan Tramp deyib:

“Səsverməyə gedərkən unutmayın ki, Benyamin fövqəladə dərəcədə mübariz bir Baş nazirdir. Baş nazir olaraq Netanyahuya səs verin, başladığımız işi bitirməliyik”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir