#Dünya

Tramp: “İran ABŞ-la razılığa gəlmək istəyir”

“İran iki ölkə arasında davam edən münaqişə fonunda ABŞ-la razılaşma əldə etməyə çalışır”. 

Xəbər Experti xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NewsNation” telekanalına müsahibəsində bildirib.

“Onlar elə indi razılaşma əldə etmək istəyirlər. Əgər bu, yanlış razılaşma olacaqsa, mən onu heç nəzərdən keçirməyəcəyəm. Amma hazırda onlar saziş bağlamaq istəyirlər, çünki hər baxımdan uduzurlar”, —ABŞ Prezidenti deyib.

İranla bağlı Vaşinqtonun gələcək addımları ilə bağlı Tramp deyib ki, “görək nə baş verəcək”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir