Tramp husilərə zərbə endirməkdən imtina edib
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Yəməndəki husilərə zərbə endirmək istəyindən imtina edib.
Xəbər Experti xəbər verir ki, bu barədə “Axios” portalı mənbəyə istinadən məlumat yayıb.
“Tramp imtina edib və ABŞ administrasiyasının rəsmiləri hazırda husilərlə münaqişəyə birbaşa müdaxilə planlaşdırmadıqlarını vurğulayıblar”, – mənbə deyib.
Məlumata görə, Məhəmməd bin Salman 10 sentyabrda Trampa iki dəfə zəng edərək husilərin mövqelərinə zərbələr endirməyi xahiş edib.










