Tovuzda Yük Avtomobili İlə Ölümcül Qəza: Sürücü Həyatını İtirib
Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Ford” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Qəza nəticəsində 25 yaşlı sürücü Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Xilasedicilər onun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq təhvil veriblər.
Zərbənin gücündən elektrik dirəyinin aşması səbəbindən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.










