Kamçatka sahillərində 1 gündə 4 güclü zəlzələ
Bu gün səhər saatlarında Kamçatka sahillərində 4 güclü zəlzələ baş verib. Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, bütün zəlzələlər Sakit okeanda qeydə alınıb. Birinci titrəyişin episentri Petropavlovsk-Kamçatskdan 374 km məsafədə, 36,3 km dərinlikdə yerləşib və gücü 4,5 bal olub. 6 bal gücündə ikinci zəlzələ şəhərdən 210 km məsafədə 64,6 km dərinlikdə baş verib. […]








