Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) 525.az-a verilən məlumata görə, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, […]

XİN: Odessa yaxınlığında vurulan gəminin heyətindəki 10 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb

İyulun 14-də tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb. Xəbər Experti xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Gəmi kapitanının axtarışı istiqamətində Səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli […]

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Xəbər Experti xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 dollar və ya 0,37% artaraq 86,83 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 86,51 ABŞ dolları təşkil edib.

Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O bildirib ki, 2024-cü ildə imzalanmış Strateji […]

ƏƏSMN: Hazırda icbari tibbi sığorta üzrə xidmətlərin tam rəqəmsallaşdırılması işləri aparılır

Hazırda icbari tibbi sığorta üzrə xidmətlərin tam rəqəmsallaşdırılması işləri aparılır. Xəbər Experti xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə bu ilin birinci yarımili üzrə kollegiya iclasında deyib. Bildirilib ki, əsas prioritetlər icbari tibbi sığorta üzrə xidmətlər üçün göndərişlərin şəffaflığının və operativliyinin təmin edilməsi, əhalinin tibbi xidmətlərlə təminatı işinin keyfiyyətinin […]

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

İyulun 16-da Bakıda və Abşeron yarımadasında, 16-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, […]

Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

İyulun 20-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə bu və Laçın rayonlarının sakinlərini qəbul edəcək. Xəbər Experti bu barədə nazirliyə istinadən xəbər verir. Qəbulda iştirak etmək istəyənlər Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-379-74-44) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini […]

“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı

Şagirdlərin rəqəmsal texnologiyalara marağının artırılması və proqramlaşdırma bacarıqlarının inkişafına yönəlmiş “Azercell Cup – 2026” müsabiqəsinin ikinci mərhələsi uğurla yekunlaşıb. Müsabiqənin yarımfinal mərhələsində 211 şagird iştirak edib. Avtomatik qiymətləndirmə sistemi vasitəsilə 2339 həll yoxlanılıb. Yarımfinal mərhələsində 200 və daha çox bal toplamış 160 şagird finalda iştirak hüququ qazanıblar. Müsabiqənin final mərhələsi 26 sentyabr 2026-cı il tarixində […]

Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb. Xəbər Experti xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi […]