Si Cinpin 10 ildən sonra Misirə səfər edib
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Misirin paytaxtı Qahirəyə səfər edib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Çin lideri 10 illik fasilədən sonra rəsmi danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirəyə gəlib.
Si Cinpinin Qahirəyə səfəri Misir-Çin münasibətlərinin infrastruktur və ticarətdən kənara çıxaraq strateji tərəfdaşlığa qədər genişləndiyi bir dövrə təsadüf edir.
Bildirilib ki, səfər strateji tərəfdaşlıq müqaviləsinin icrasını izləmək və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparmaq üçün planlaşdırılıb.










