#Futbol

“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.

Xəbər Experti xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bir bilet almaqla “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli”yə qarşı keçirəcəyi oyunların hamısını stadiondan izləmək mümkündür.

Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.

“Sabah”ın ev oyunlarının təqvimi

2-ci tur, 13 oktyabr 

20:45. “Sabah” – “Slaviya” (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr

21:45. “Sabah” – “Barselona” (İspaniya)

7-ci tur, 20 yanvar

21:45. “Sabah” – “Napoli” (İtaliya)

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir