Qəzzada ölənlərin sayı 73 417-ə çatdı
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.
Xəbər Experti xəbər verir ki, son 24 saat ərzində 10 mülki şəxs həlak olub, 25 nəfər isə yaralanıb.
Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1283 nəfər həlak olub, 4248 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 73 417-ə, yaralıların sayı isə 174 360 nəfərə çatıb.










