“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması
“Qarabağ”ın ötən gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” ilə ilk oyununda zədələnən futbolçusu Elvin Cəfərquliyevin durumu haqda açqlama yayıb.
Xəbər Experti xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat bölüşüb.
Bildirilib ki, 26 yaşlı müdafiəçinin vəziyyəti hələ dəqiq müəyyənləşməyib. O, MRT müayinəsi olunacaq.
Klub müayinədən sonra futbolçunun durumu haqda daha dəqiq məlumat yayacağını qeyd edib.
Qeyd edək ki, özügedən görüşdə Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.










