Polad Həşimovun və İlqar Mirzəyevin xatirəsi yad edildi
Bakı Hərbi Kollecinin hərbçiləri Milli Qəhrəmanlar Polad Həşimov və İlqar Mirzəyevin məzarlarını ziyarət ediblər
Tovuz döyüşlərinin ildönümü günü çərçivəsində Azərbaycanın Milli Qəhrəmanları – general-major Polad Həşimov və polkovnik İlqar Mirzəyevin əziz xatirəsi ehtiramla yad olunub.
Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecini təmsil edən bir qrup hərbi qulluqçu şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər. Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Anım tədbirində çıxış edənlər hər iki Milli Qəhrəmanın şərəfli döyüş və ömür yolundan danışaraq, onların gənc nəsil və hərbçilər üçün böyük bir örnək olduğunu vurğulayıblar. Qeyd olunub ki, şəhidlərimiz göstərdikləri rəşadətə görə dövlət rəhbərliyi və Müdafiə Nazirliyi tərəfindən müxtəlif yüksək orden və medallarla təltif ediliblər. Eyni zamanda, şəhid ailələrinin dövlətin hər zaman daimi diqqət və qayğısı ilə əhatə olunduğu xüsusi qeyd edilib.










