Norveç kralının vəziyyəti yenidən pisləşib
Norveç kralı V Haraldın səhhəti yenidən pisləşib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kral sarayından məlumat veriblər.
Qanına infeksiya düşmüş kralın bir neçə gün əvvəl də səhhəti ağırlaşmışdı. Amma həkimlərin müdaxiləsi səmərə vermişdi. Məlumatda V Haraldın vəziyyətinin indi çox ağır olduğu qeyd olunur.
Yeri gəlmişkən, hazırda onu oğlu, şahzadə Hokon əvəzləyir.









