Nepalda daşqınlardan 9 gün sonra 2 nəfər sağ tapıldı
Avqustun 26-da Nepalda baş vermiş güclü daşqınlar zamanı hidroelektrik stansiyalarının tunellərində qalmış işçilərdən ikisi sağ tapılıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, onların hər ikisi “Trishuli 3A” hidroelektrik stansiyasının əməkdaşıdır.
Xilasedicilər 9 gün palçıq qatının altında qalan Sanjay Şah və Kabir Maharcanı 170 metr dərinlikdən sağ-salamat çıxara biliblər.
Sanjay Şahın səhhəti normal olsa da, Kabir Maharcan reanimasiyaya yerləşdirilib.
9 gün ac-susuz, qaranlıqda qalan işçilərin sözlərinə görə, təbii fəlakətdən sonra bir neçə gün başqa işçilərin səslərini eşidiblər.
Qeyd edək ki, yerli hakimiyyət orqanlarının son məlumatına görə hazırda 500-dən çox işçi tunellərdə qalıb. Onlardan 115-i “Trishuli 3A”nın əməkdaşlarıdır.








