“Neftçi” “İmişli”yə qalib gəldi
Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib.
Xəbər Experti xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
“İmişli” Yevlax şəhər stadionunda “Neftçi” ilə qarşılaşıb. Baxımlı keçən matçda “Neftçi” qələbə qazanıb.
11 sentyabr (cümə)
16:30. “İmişli” – “Neftçi” – 2:3
Qollar: Fredi Varqas, 12 (0:1), Breno Almeyda, 28 (0:2), Bəxtiyar Həsənalızadə, 29 (1:2), Azər Salahlı, 45+7 – pen. (2:2), Qustavo Klisman, 80 (2:3)
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev
VAR: Emin Əliyev
AVAR: Akif Əmirəli
Yevlax şəhər stadionu
12 sentyabr (şənbə)
17:30. “Kəpəz” – “Qəbələ”
19:45. “Sumqayıt” – “Şamaxı”
13 sentyabr (bazar)
16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz”
19:00. “Zirə” – “Qarabağ”
14 sentyabr (bazar ertəsi)
19:00. “Şəfa” – “Sabah”










