Mərmərə dənizində, Silivri sahillərindən təxminən 35 kilometr aralıda “Alsu” tankeri ilə “Tuğberk İmamoğlu” adlı gəminin toqquşması hadisəsini işiqlandıran jurnalistlərə hücum olunub
Hadisə yerindən verilən son məlumatlara görə, qəza zonasını və batan gəmi ilə bağlı prosesləri işıqlandıran jurnalistlər çətin anlar yaşayıblar. Məlumata əsasən, gəminin heyət üzvlərinin yaxınları tərəfindən çəkiliş aparan mətbuat nümayəndələrinə qarşı fiziki hücum edilib.










